Qurban olum o gözlərə kim, gördü yarımı,Yarım görən göz, əlbət alır ixtiyarımı.

Qoy bir öpüm o gözləri kim, yarımı görüb,Qurban edim o gözlərə mən hər nə varımı.

Nərgiz gözü qalır açıla görsə bağdə,Çeşmi-xumarü sərv-qədü gülüzarımı.

Mərdümlük olmadı mənə çün çeşmi-yardən,Kəsdim gözümdən axırı öz etibarımı.

Bimarı olmuşam mən o badami gözlərin,İnnab gözlərim eləsin fikri-karımı.

Şadəm ki, xak edə məni bu çərxi-kəcmədar,Damani-yarimə yetirə ta qübarımı.

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid, o gün olurmu genə səhni-bağdəXürrəm görüm şüküftə güli-novbaharımı?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets