Budur o fitnə ki, siz eylədiz fəsanə məni,Məhəbbətində şəhir eylədiz cahanə məni.

Budur o kiprigi ox, dilbəri-kəmanəbru –Ki, tiri-tənəyə siz eylədiz nişanə məni.

Bu ol bahari-dilaradı kim, həvası iləBahari-ömrüm ara döndərib xəzanə məni.

Xəzanələr verib aldım bu dürri-seyranı,Yetirdi gənci-xudavəndə ol xəzanə məni.

Nə xəndə, giryeyi-bifeyzdir işim şəbü ruz,Əgərçi döndərib eşqində zəfəranə məni.

Fərat aşdı başımdan və leyk mən təşnə,Yaxıbdır odlara, ey vay, aşiqanə məni.

Maqta — the closing couplet bearing the poet’s pen name. Əzizi-aləm ikən dilfikar Seyyid təkEdibdi xar belə gərdişi-zəmanə məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love