Baği-aləmdə mənə bir güli-rənadı qərəz,Bir qədi sərv, üzü laleyi-həmradı qərəz.

Əhədü Əhmədü Məhmudü Əbülqasimdən,Zahirən ismdi, amma ki, müsəmmadı qərəz.

Ey könül, cilvəgəhi-dustdü səcdəgəhimiz,Kəbəvü deyrü nə məscid, nə kəlisadı qərəz.

Surəti-zahirə hərçənd ki, var rəğbətimiz,Leyk əlfaz oxumaqdan bizə mənadı qərəz.

Bülbül istər gülü, pərvanə sevər şəmi, vəliBizə nə şəm, nə ey dil, güli-rənadı qərəz.

Maqta — the closing couplet bearing the poet’s pen name. Xəlqi-insanda nə surət, nə həyula, Seyyid,Nükteyi-müxtəfiyi-sirri-süveydadı qərəz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring