Gəldi bahar, gəlmədi ol gülüzarımız,Ya rəb, görüm xəzanə dönə novbaharımız.

Saldı arayə təfriqə gülçini-ruzigar,Ol gül yanında qalmadı bir etibarımız.

Gül-gül dəyib sirişki-tərim, çeşmi-xunfəşan,Ey sərv, laləzarə dönübdür kənarımız.

Zənnim budur ki, həşrdə şahini sındıra,Səncidə olsa əcri-şəbi-intizarımız.

Biz bir qətar naqələrik dəşti-eşqdə,Lakin düşübdü nakəs əlinə məharımız.

Derlər ki, vermə ol məhi-bimehrə ixtiyar,Eylə bilillər əldə qalıb ixtiyarımız.

Maqta — the closing couplet bearing the poet’s pen name. Gördü o tari-türreyi-pürpiçü pürxəmi,Seyyid, kəməndə düşdü dili-biqərarımız.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring