Şadəm ki, könlüm oldu ol zülfü xalə mail –Kim, qarəbəxtlikçün candan olubdu qabil.

Ey xoş o gün ki, tiğin çak eyləyə vücudum –Kim, çöhreyi-visalə, oldur aradə hail.

Əzbəs ki, tutmuşam xu hicrinlə, ey cəfacu,Olmaz dili-həzinim hərgiz visalə mail.

Rəmzi-dəhanın, ey gül, əhli-dəqayiq içrə,Nə sirrdir ki, salmış yüz bəhsü yüz məsail.

Oldu qübari-rahım mərdüm gözünə sürmə,Ta kuyin itlərindən kəsb eylədim fəzail.

Ağzın məbahisində nəfyi-vücud edənlər,Göftarə gəl ki, görsün isbatına dəlail.

Maqta — the closing couplet bearing the poet’s pen name. Qıldı əsiri-qürbət bu Seyyidi-həzini,Bir sərvi-mahpeykər, bir şuxi-xoşşəmail.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love