Dəhrin mənə sənsiz bu baharı nə gərəkdir?Gülzari-çəmən sövti-həzarı nə gərəkdir?

Aşüftə könül tari-səri-zülfüvü istər,Sünbül mənə sənsiz, səni tarı, nə gərəkdir?

Ətri-sərn-zülfün mənə mətlubdur, ey gül,Əttarların müşki-tətarı nə gərəkdir?

Hər gecə ki, ağuşi-xəyalımdadır ol mah,Zahirdə olan busü kənarı nə gərəkdir?

Ey zahidi-xudbin, yeri, öz eybinə kur ol,Xəlqin sənə bu eybü əvarı nə gərəkdir?

Bibadeyi-gülgun bizi məst eylədi, saqi,Minbəd meyin rəncü xumarı nə gərəkdir?

Maqta — the closing couplet bearing the poet’s pen name. Qonşu toyuğu qaz görünür qonşuya, Seyyid,Öz yarüvi tut, özgə nigarı nə gərəkdir?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love