Fərhad mənəm kim, belə şirinsüxənim var,Bir arizi gülgun, ləbi şəkkər-şikənim var.

Yox məmləkəti-Reydə şəhi-Nasiridinin,Bu gövhəri-nayab ki, Şirvanda mənim var.

Bəhreynə dönüb yar qəmindən iki çeşmim,Qanlı sədəf içrə necə dürri-Ədənim var.

Ol zülfi-siyah oldu mənim Darsəlamım,Şam içrə, şərif ölkədə ziba vətənim var.

Bəsdir, mənə xaki-qədəmi, xirqeyi-çakım,Yox qəm ki, nə kafurü nə sidrü kəfənim var,

Batin üzümün şahididir hüsni-kəlamım,Əlminnətü-lilləh belə vəchi-həsənim var.

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid, nə gərəkdir mənə ol ləli-Bədəxşan,Yüz lələ dəgən tazə əqiqi-Yəmənim var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love