Könül təpidələnir, yoxsa nazlı yar gəlir,Uçur gözüm, məgər ol sərvi-gülüzar gəlir?

Səba gətirdi genə müjdeyi-gülüstanı,Şükufələr açılır, fəsli-novbahar gəlir.

Zibəs ki, müntəzirəm, hər ayaq sədasındanTəsəvvür eyləyirəm bəlkə nazlı yar gəlir.

Əyağı al ələ, saqi, mənə peyapey ver,Amandı, qoyma, mənim başıma xumar gəlir.

Şərari-tiğ ilə yandır məni, əgər məndən,Həbibim, ayineyi-könlüvə qübar gəlir.

Məgər ki, rəhküzəri-yardə açıb zülfün,Məşamə ləxləxeyi-nafeyi-tatar gəlir.

Maqta — the closing couplet bearing the poet’s pen name. Zibəs ki, arizüvün həsrətin çəkər Seyyid,Açılsa yuz güli-tər gözlərinə xar gəlir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love