Dünyadə eşq qədrini huşyar olan bilir
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Dünyadə eşq qədrini huşyar olan bilir,Azadəlik səfasını bidar olan bilir.
Xurşid qədrini nə bilir huşi kurlər.Bu feyzi-nuri sahibi-əbsar olan bilir.
Qədri-kəmali-hüsnü bilir aşiqi-həzin,Əlbəttə, qədri-zərri xəridar olan bilir.
Qal əhli bilməsə dəhənin sirrin, eybi yox,Sərbəstə sirri məhrəmi-əsrar olan bilir.
Aşiq çəkən qara günü əyyami-hicrdə,Sevdayi-zülfün ilə günü tar olan bilir.
Çeşmindən özgə hali-dilim kimsə bilməyir,Bimarlər bəlasını bimar olan bilir.
Maqta — the closing couplet bearing the poet’s pen name. Mən çəkdigim bəlaləri, ey Seyyidi-həzin,Dərdi-fəraqi-yarə giriftar olan bilir.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-dunyade-esq-qedrini-husyar-olan-bilir
Use ← → keys to move, R for a random poem
More by this author
Sərv hərçənd rüunətdə qədin tayı degil,Bu qədər var, sənin kimi o hərcayi degil.
Ta ki, sən oldun əsiri zülfi-yarın, ey könülTa ki, sən oldun əsiri zülfi-yarın, ey könül,Qarə oldu yar əlindən ruzigarın, ey könül.
Vaizi-şəhr özü iqrarına etsəydi əməlVaizi-şəhr özü iqrarına etsəydi əməl,Düşməz idi bu qədər din ilə dünyayə xələl.
Vəsli-yar ilə yetişdi hamı bayramə, könülVəsli-yar ilə yetişdi hamı bayramə, könül,Yetmədin dövləti-didar ilə sən kamə, könül.
Poems by other poets · Love
Dərdimə dərman qılan ol gözləri şəhla imiş,Qaşlarıdır kabə qövseyn zülfi ev əbna imiş.
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Dönən deyiləmİxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,