Çün xakə təcəlla elədi xaliqi-cəbbar
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Çün xakə təcəlla elədi xaliqi-cəbbar,Öz surətini xaki-siyəhdən edib izhar.
Çün oldu bəşər əhsəni-təqvimdə təxmir,Bu xak təcəllayi-həqə oldu səzavar.
İstərdi mələk, adəmi kim, tapmıya xilqət,Hüsni-bəşəri gör ki, mələk oldu giriftar.
Harut ilə Maruta edim mən nə məzəmmət,Cibrili-əmin düşsə bu sevdayə, olur xar.
Nə çarə edim eşqimə bəs mən evi viran,Yüz Zöhrəyə mən müştəriyəm, valehi-didar.
Yüz göz görürəm ki, hamısı sehrdi, cadu,Bimar qılıbdır məni bir gözləri bimar.
Yox məndə hələ nəfsi-mələk qüvveyi-qüdsi,Axır bəşərəm, rəhm qıl, ey xaliqi-qəffar.
Maqta — the closing couplet bearing the poet’s pen name. Gər etməz idin arizi-dilbərdə təcəlla,Seyyid bu qədər olmaz idi yarə tələbkar.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-cun-xake-tecella-eledi-xaliqi-cebbar
Use ← → keys to move, R for a random poem
More by this author
Ey oğul, xəlqə söyləmə böhtan,Yaxşıya yaxşı ol, yamanə yaman.
İrəvan taciriBir nəfər irəvanlı bazərgan,Hacitərxanə pənbə etdi rəvan.
Misal (Bir nəfər əhli-hal edibdi sual)Bir nəfər əhli-hal edibdi sualMürtəzadən ki, ey sipehri-kəmal,
Nəsihət (Ey oğul, sanma əhli-elmi zəif)Ey oğul, sanma əhli-elmi zəif,Bil bu elmi-nücumi elmi-şərif.
Poems by other poets · Love
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Öldüm, nedeyim, derdimi bir yara deyən yoxÖldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.
De gəlsinHicran sənətkarı, qəm xiridarı,Qəddar olan, biilqara de gəlsin.
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,