Dəllak pəsər kayineyi-əhli-nəzərdir.
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Dəllak pəsər kayineyi-əhli-nəzərdir.Bir surəti-bimisldi, bir şəkli-digərdir.
Əbruləri bir tiğdi, müjganları nəştər,Rəgdən açılan nəştərinə xuni-cigərdir.
Cam ilə hicab oldu onun tiğinə başım,Başıma bəla oldu mənim də, bu nə sərdir.
Bir əldə tutub tiğini, bir əldə tutub səng,Dəvayə gəlirsə ona canım nə sipərdir.
Əl vursa əgər çərxə, çıxar göglərə ahım,Ey çərxi-cəfakar, sənə cayi-həzərdir.
Miqrazi-cəfa ilə əgər rişteyi-ömrümQət eyləsə billəh deməzəm kim, nə xətərdir.
Şanə kimi sədçak idi könlüm bu həsəddənKim, şanəkəşi-türreyi-hər şöbədəgərdir.
Ey gül, nə rəvadır dura hər xarə müqabilRuyin ki, gülüstani-səfadə güli-tərdir.
Ey kaş, olaydım qayış ol muymiyanə,Vəh-vəh, nə gözəl muymiyanü nə kəmərdir.
Maqta — the closing couplet bearing the poet’s pen name. Tas öpdü əlin, bağrını su eylədi Seyyid,Gözdən tökülən əşk degil, xuni-cigərdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-dellak-peser-kayineyi-ehli-nezerdir
Use ← → keys to move, R for a random poem
More by this author
Sinədən guşuma fəryadi-dili-zar gəlir,Dərdi artıbdı, genə naleyi-bimar gəlir.
Qəsdi-can eylər, o fəttan gözlərin bidaddırQəsdi-can eylər, o fəttan gözlərin bidaddır,Bir kəbutər qəsdinə, guya iki səyyaddır.
Afitabi-zərfəşan, ya badeyi-yaqutdurAfitabi-zərfəşan, ya badeyi-yaqutdur,Ruhi-ruhullahi-əzəm, ruh üçün ya qutdur.
Eşq əhli ki, xali-ləbi-cananı öpərlərEşq əhli ki, xali-ləbi-cananı öpərlər,Ol Kəbə ara vermək üçün canı, öpərlər.
Poems by other poets
Gözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
BahariyyəMaşallah fəsli-gülüstandırRuyi-zəmin lalə vü reyhandır