Afitabi-zərfəşan, ya badeyi-yaqutdur,Ruhi-ruhullahi-əzəm, ruh üçün ya qutdur.

Ləbmidir, ey Xızri-xət, ya çeşmeyi-abi-həyat,Xaldır dövri-rüxündə, ya xəti-yaqutdur.

İki zülfün sərnigun çahi-zənəxdanə düşüb,Çahi-Babildə məgər Harut ilə Marutdur.

Olmayıbdır, ey qəmər, gündə küsufi-afitab,Hüsnüvü görmüş qaçıb rəngi, bu gün məbhutdur.

Badeyi-gülfam ilə aludə olmuş caməsi,Ya damıb pirahəni-dildarə qarə tutdur.

Gözlərin təlimi-sehr eylər sənin mərdümlərə,Ey gözüm nuru, bular Harut ilə Marutdur?!

Maqta — the closing couplet bearing the poet’s pen name. Bülbüli-gülzari-qüds idin əzəldən, Seyyida,Heyf kim, indi məqamın aləmi-nasutdur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love