Eşq əhli ki, xali-ləbi-cananı öpərlər,Ol Kəbə ara vermək üçün canı, öpərlər.

Öpsəm üzüvü, ey üzü müshəf, nə günahım,Bu sünnəti-məşhurdu, Quranı öpərlər.

Ətşan cigərim yarələri, bərqüvi görcəkBağrına basıb navəki-peykanı öpərlər.

Sağərləri sındırmağımın vəchi budur kim,Ləbrizi-mey olsa, ləbi-cananı öpərlər.

Mən ağlayıram, yatmaya ta mərdümi-aləm,Şayəd yuxuda ol ləbi-xəndanı öpərlər.

Ətfali-dəbistan güli-ruyin həvəsindən,Hərdəm açıb övraqi-”Gülüstan”ı öpərlər.

Qəmzən oxu kuyün daşına qanımı töksə,Əfvaci-məlaik gəlib ol qanı öpərlər.

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid, məni uyquyə verib fikrü xəyalım,Ləli-ləbüvi hər gecə pinhanı öpərlər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love