Çün gəlir rüxsarə xət, hüsnün lətafətdən düşər,Ləkkədar olsa əgər əlmas qiymətdən düşər.

Laleyi-ruyin edər çün daği-pinhan aşikar,Sünbüli-geysulərin tabü təravətdən düşər.

Lal olur aşiq, gedər çün hüsnü əldən dilbərin,Rəsmdir, fəsli-xəzan bülbül fəsahətdən düşər.

Xət gələndə, xəlq ara məşuq olur bietibar,Filhəqiqət, hakimi-məzul hörmətdən düşər.

Ol qədər cövr etmə üşşaqə ki, çəksin səndən əl,Şəh rəiyyətsiz ola, əlbəttə, şövkətdən düşər.

Bu qədü rüxsar ilə seyri-gülüstan eyləsən,Gül giribançak olur, sərv istiqamətdən düşər.

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyida, gəldikcə ol rüxsari-atəşgunə xət,Günbəgündən sineyi-aşiq hərarətdən düşər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love