Var idi İsfəhanda bir nəssac,Toxudu şahə bir gözəl dibac.Doqquz ay çəkdi binəva zəhmət,Verdi dibacə nəqşdən zinət.Yazdı əşar ilə kətibələrin,Nəqşdən zahir etdi sehri-mübin.Baxdı dibacə ta ki şahi-cavanBir zaman qaldı valehü heyran.“Mərhəba” söylədi səğirü kəbir,Şah dedi: – Ey vəziri-batədbir,Nə üçün yaxşıdır bu, eylə bəyan.Ərz qıldı vəzir, key soltan,Yaxşıdır bu qumaşdən camə,Yaraşar padşahi-islamə.Biri ərz etdi: – Ey şahi-övrəng –Ki, bunun çox olur qəbasi qəşəng.Biri ərz etdi, key şəhi-əşraf,Çox gözəldir ola bu ruyi-lihaf.Əhli-məclis o gün səğirü kəbir,Hərə bir növ, göstərib tədbir,Dedi ol padşahi-niksüxən:– Qoy sual eyləyək həm ustadən.Dedi ustad: – Ey fələktədbir,Çox gözəldir ki, saxlana bu hərir,Çəkələr sən öləndə tabutə,Görünə onda xəlqi-nasutə.Təngdil oldu padşahi-cavan,Qətlinə verdi ol kəsin fərman.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Praise