Vardı İskəndər əsri iki həkim,Mülki-Yunanda, vacibüt-təkrim.Onların düşdü çün mübahisəsi –Ki, nədəndir zəmanə hadisəsi?Ol nə bürhan gətirdi hüccət ilə,Bu onu rədd edirdi hikmət ilə.Hər nə mətləb ki, qıldı bu ünvan,Ol gətirdi buna gözəl bürhan.Hərçi ilzamə oldular talib,Birinə olmadı biri qalib.Aqibət şərt qıldı iki təbib,Hərə bir zəhr eyləsin tərtib.O bunun zəhrini içə, bu onun,Ta bu sevdadə kim olur məğbun?Birisi şərbət eylədi tərtib,Zəhr hazır qılıb ikinci təbib.Bir-birə verdilər məhabət ilə,Birisi içdi zəhri cürət ilə,Bilmədi zəhr olduğun anın,Belədir müqtəzası dövranın.Etmədi xövf səmmi-nafizdən,Qaldı ol şirdil səhihbədən.Ol biri içdi xövf ilə şərbət,Dari-dünyadən eylədi rehlət.Öz işindən onu qiyas etdi,Vəhşətindən zəmanədən getdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate