Oğluma xitab (Ey oğul, nifrət eylə vahimədən)
Ey oğul, nifrət eylə vahimədən,Vahimə şumdur, müxərribi-tən.Vahimə olsa şəxsə müstövli,Eylər ani həlak öz hövli.Qüvveyi-vahimə şəyatindir,Vahimə cinniyani-bidindir.Görməyirsən ki, şəxs olanda cünunVahimə qalib oldu, əql zəbun?Rəftə-rəftə cünunu bədtər olur,Qüvveyi-vahimə müsəvvər olur.Sanki bir şəxs ona olur peyda,Bir-birilə olur bular guya.Leyk zahirdə yoxdu şəxsi-digər,Vahimə eyləyib o şəxsə əsər.Elə hər bir məqamdə cürət,Zəhr içsən hesab qıl şərbət.Xövflə gər səhər yesən gülqənd,Gətirər zəfi-mədə, ey dilbənd.Sənə bu macərani eylər əda,Guş qılsan, hekayəti-hükəma.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-ogluma-xitab-ey-ogul-nifret-eyle-vahimeden
Use ← → keys to move, R for a random poem
More by this author
Kurlər hifz edəllə Quranı,Leyk bilməzlər onda mənanı.
Hindli Səlimin hekayəsiBir nəfər əhli-kənd olan hinduQonşusundan dilədi tənbaku.
Fəqir və zalımBir fəqirin papağını bir kəsQapıban qaçdı getdi karına bəs.
Məcnunun əhvalatı (Bir nəfər şəxs gördü Məcnunu)Bir nəfər şəxs gördü MəcnunuOl əsiri-bəlavü dilxunu.