Ey gül, sənə hali-dili-şeydanı deməzlər
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey gül, sənə hali-dili-şeydanı deməzlər,Hali-dili-zari-məni-rüsvanı deməzlər.
Gördüm o siyəh türrəni rüxsaruva düşmüş,Yandım oda, bu atəşi-suzanı deməzlər.
Xəttin bilirik müshəfi-hüsnündə, nə məna,Ləfzi oxudurlar bizə, mənanı deməzlər.
Sirri-dəhəni-yarı, könül, axtar, özün tap,Söz yox ki, açıb şəxsə müəmmanı deməzlər.
Ləlin qəmi öldürdü məni, kimsə inanmaz,Can qatili aləmdə Məsihanı deməzlər.
Bimar məni etdi gözün, ikki dodağınDərdimi bilirlər, mənə dərmanı deməzlər.
Maqta — the closing couplet bearing the poet’s pen name. Qafildi gər ol şəm qəmindən, nə məzəmmət,Seyyid, ona suzi-dili-şeydanı deməzlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-ey-gul-sene-hali-dili-seydani-demezler
Use ← → keys to move, R for a random poem
More by this author
Nəql eləyim gəl sənə bir dastan,Farsi ilə nəzm eləyib bastan.
Pişiyin tərifiBircə pişik var idi Kirmandə,Sövləti yox bəbrdə, əslandə.
Pişiyin hiyləgərliklə tövbəsiÇünki siçanı yedi ol hiyləgər,Tövbə üçün məscidə etdi güzər.
Siçanların işdən xəbər tutmalarıGördü bu keyfiyyəti ta bir siçan,Oldu siçan fövcünə müjdərəsan.
Poems by other poets
Bir mürəbbi vü müsahib manidə iqrarədir,Bu sözə inkar edənlər mürşidə inkarədir.
Ruhumda ruhunun parçası vardırRuhumda ruhunun parçası vardır,Təşəkkür yetirək təbiətə biz.
Mən səni gördümƏzəldən bağçasız bir bahar idim,Dünyaya sığmayan intizar idim,
QəhvəGörək nə nüsxədi yaran, yüzü qara qəhvə,Nə çox qara yüzü ağ eyləyib qara qəhvə,