Aşiq əgərçi yarı görüb könlü şad olur,Amma ki, çərx cövrü ilə namurad olur.

Mane olullar aşiqə kim, mehri az ola,Qafil ki, mən olsa məhəbbət ziyad olur.

Şiddət edincə mən olur suzi-dil füzun,Dəryadə mövcə bais olan tünd bad olur.

Zail olurmu pənd ilə aşiqdən eşqi-yar,Damən çalanda şöleyi-nar izdiyad olur.

Bazari-hüsnə aşiqi-miskindi müştəri,Aşiq ki yoxdu, hüsn mətaı kəsad olur.

Məşhur qıldı eşqi-Züleyxa o Yusifi,Aşiqdə hüsn şöhrətinə ictihad olur.

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid, rümuzi-eşqdə sən də çıxartdın ad,Ta kim, zəmanə var, sənə eşq ilə ad olur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love