Bahar oldu, könüllər şad olan mövsümdü, yarım yox,Başımda nəşeyi-mey, əldə cami-xoşgüvarım yox.

Sən, ey bülbül, fəğan et güldən ötrü səhni-gülşəndə,Mənim nitqim tutulmuşdur ki, yari-gülüzarım yox.

Sənin döndü xəzanın, vəsli-güldən novbahar oldu,Mənim fəsli-xəzanımdır kim, ol rəşki-baharım yox.

Açıldı qönçə, bülbül vəsli-güldən yetdi didarə,Edib çaki-giriban ölməzəm mən, hiç arım yox.

Nə nəqdim var meyi-nabə, nə rəhni-camə dəstarım,Bətər ondan bu kim, meyxanələrdə etibarım yox.

Nə tərğib eyləyirsən cənnətə hərdəm məni, vaiz,Mənim baği-behiştim yardır, cənnətdə karım yox.

Maqta — the closing couplet bearing the poet’s pen name. Həzər qıl, yaxma dildə ah odilə navəkin, Seyyid,Mənim ol qaşı yaydan bundan özgə yadigarım yox.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern