Niyə gəlmədin
“Mey”dən könül küsdü, sana sarıldı,“Gəldim ” deyib durdun, niyə gəlmədin?Andım səni, bana “ney”lər darıldı,“Bildim ” deyib durdun, niyə gəlmədin?!
Artıq bənim yarım deyil xəyalı,Heç bir qaşa bənzətmərəm hilalı;Bir dəliyəm sana meftun olalı,“Bildim ” deyib durdun, niyə gəlmədin?
Bən inləməm hər bir ufaq yaradan,Bənim qönçəm gülmüş bahar olmadan.“Birləşin” dedi ki, bizi yaradan,“Bildim” deyib durdun, niyə gəlmədin?!
Pərişandır könül, pərişanam bən,Gözəl qız, qoşarsan, dərdimi bilsən!Gəl, bu yad ellərdə şənliyim ol sən!“Gəldim” deyib durdun, niyə gəlmədin?!
Qələm sağər, deməz, etməz istiğfar,Səninçün sərxoşdur, saçılar yazar.Bən səni sevmişəm, bunu kim pozar?“Bildim ” deyib durdun, niyə gəlmdin?!
Kitabxana.az · https://kitabxana.az/en/works/cavad-niye-gelmedin
Use ← → keys to move, R for a random poem
More by this author
Dela əğyarə meyl ilə bəni məhrumi-can etdin!Nasıl məhrumi-can bəlkə ziyadə hifz-can etdin?
Aləm ağlar halimə, gəl sən də giryan olma heçAləm ağlar halimə, gəl sən də giryan olma heç!Zülm qıl, eylə cəfa kim tabeyi - Quran olma heç!
Vəqti-nüsrətdir1 əya xaliqə-səttar oluramVəqti-nüsrətdir1 əya xaliqə-səttar oluram!Əfv qıl cümlə qüsuratımı qəffar oluram!
Bu qədər naleyi-cansuz edərəm rəhm eyləBu qədər naleyi-cansuz edərəm rəhm eylə!Qorx ki, Ahim tutacaq vəhm5 qılub rəhm eylə!
Poems by other poets · Wine and the tavern
Molla Kərim, indi səndən soruşum,Söylə, sənin din-imanın hardadı?
Təxəttüri-maziBir zaman, ah ki, bir tair idim azadə,Əcəba, kim məni saldı bu xərababadə?
QızlarEşqiniz olmasın çürük sap kimi,Əllərdə gəzməyin bir kitab kimi.
Apardı könlümü məndən bu gün ol cənnətin huriApardı könlümü məndən bu gün ol cənnətin huri,Götür pərdə camalından ki, sənsən eynimin nuri.