Bir zaman, ah ki, bir tair idim azadə,Əcəba, kim məni saldı bu xərababadə?

Pürsürur idi könül, qüssə nədir bilməz idim,Nəş’ədari-meyi-hürriyyət idim mənadə.

Pərküşayi-mələkut olmada mürği-dilü can,Seyri-xüld eylər idim cilvəgahi-baladə.

Hürr uçurkən məni seyd eylədi şəhbazi-qəza,İndi dərqeydi-cəfayəm qəfəsi-dünyadə.

Qəm nədir bilməyərək hürr yaşardım, heyhat,Düşməmiş olsa idim saheyi-qəhrabadə!

Batar ümmani-xürüşəndə zövrəqçeyi-ömr,Baxaram hər tərəfə, yox yetişən imdadə.

Bəsləyib bir gülü min nazlə gülzari-fəna,Doymadan xəndəsinə tərk ediyor həp badə.

Aləmi-layətənahinin əlindən, Hadi,Yeri vardır nə qədər gəlsən əgər fəryadə.

20 may 1325

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern