Bəxti-siyahi-millətə bənzər niqabınız,Şərqin mühitimi o qaranlıq siyabınız?

Zalımların əlində birər canlı bihəyat,Divani-ədl yox ki, sorulsun hesabınız.

Bəxşayişi-təbiət ilə həqqiniz bu gün –Zülmətnümundur, buna şahid hicabınız.

Əlbət, gələr bahar, yağar abi-inqilab,Parlar sizin camali-lətafətməabınız.

Bir gün gələr çiçəkləriniz feyzbar olur.Hala dəruni-şişədə qalmış gülabınız.

Olduqca siz əsiri bu müzlim qəfəslərin –Qabil deyil təzahürü tabəndə hisslərin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring