Molla Kərim, indi səndən soruşum,Söylə, sənin din-imanın hardadı?Cəhənnəm əhlisən, yoxsa ki Cənnət,Bilirsənmi, öz məqamın hardadı?

Kədərin hansıdı, kinin hansıdı,Məzhəbin hansıdı, dinin hansıdı,Ahılsan, cahılsan, sinin hansıdı,Mətləbin hardadı, kamın hardadı?

Etiqadın İsayadı, Musaya,Meylin məscidədi, yoxsa kilsaya,Qiblən müqərrərdi, hansı binaya,Vadiyi Berutda damın hardadı?

Aşiq Valeh sənətindən dönərmi,Yel əsməklə yanan günəş sönərmi,Pəhləvan döyüşdə, qaçıb sinərmi,Meylin badə çəkir, camın hardadı?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern