Gələndə məclisə mey əldə lalə şəklində,Nigarım aytək olur, mənsə halə şəklində.Ürək qanımla yazıb sönməyən məhəbbətimi,Nigarə söyləyirəm odlu nalə şəklində.Vəfalı könlünə bir yol tapan zaman şerim,Gözündə nəm görürəm, inci, jalə şəklində.Mən aşiqəm, beləyəm mən, hər aşiqanə sözümCoşub axır, ürəyimdən şəlalə şəklində.Sevin, sevin ki, Süleyman, əlində sevgilininO, qan olan ürəyindir piyalə şəklində.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love