Bəzmi-eşq içrə şərabımdır sirişki-laləgun
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Bəzmi-eşq içrə şərabımdır sirişki-laləgun,
Qıldı qəm, qəddim büküb, cami-şərabım sərnigun.
Hər tərəf pürxun əliflərdir çəkilmiş köksümə,
Ya havadan mövc urur bağrımdakı dəryayi-xun.
Artırır əyyami-hicranın sirişkim hiddətin,
Müddəti-əyyam mey keyfiyyətin eylər füzun.
Məskən etmiş yar mari-zülfü, çeşmim rəxnəsin,
Pənd vermiş kim, onu, ondan çıxarmaz min füsun.
Qəti-ülfət, qaliba, düşvardır kim, eyləmiş
Nəqşi-Şirin ilə Fərhadı müqəyyəd Bisütun.
Rişteyi-can eylədim peyvənd tari-zülfinə,
Ah kim, çəkməkdə imdad eyləməz bəxti-zəbun.
Ey Füzuli, mən məlamət gövhərinin gənciyəm,
Əjdahadır kim, yatır çevrəmdə zənciri-cünun.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-bezmi-esq-icre-serabimdir-siriski-lalegun
Use ← → keys to move, R for a random poem
More by this author
Gəl, Saqi, mənə indisə ver bir iri gövhər,Ver bir iri gövhər ki, odur nəşəyə cövhər.
Qanun ilə söhbətBir gün gecə bir məclisimiz vardı ki, ondan,Çox-çox uzağa qaçmış idi, dərd, qəm, hicran.
Yeddinci camın keyfiyyətiGəl, Saqi, ver ol qəndü şəkər zövqlü balı,Bir şey ki, açır qönçə kimi dərdi-vüsalı.
Mütrüb ilə söhbətBir yerdə idim bir gecə mən, Mütrüb olanda,Bir cənnətə çevrildi mənim məclisim onda.
Poems by other poets · Love
Pasiban olmuş qəmər qapında, dərban aftab,Hər biri bir vəchilə sən şaha qılmış intisab
OktyabrSən ellər toyusan, ellər bayramı,Könüllər mülkünün laləzarısan.
On səkkiz yaşında...Çatır son mənzilə ömrün karvanıƏlli il yol gəldik bu səhrada biz.
Yar gəldiDərdli könlün məlul çağı,Budu, yar gəldi, yar gəldi!