Yar gəldi
Dərdli könlün məlul çağı,Budu, yar gəldi, yar gəldi!Aşığın çeşmi çırağı,Budu, yar gəldi, yar gəldi!
Seyrağıblar başım qatdı,Sözüm dərəcəyə çatdı,Üzündən niqabı atdı,Budu, yar gəldi, yar gəldi!
Mən Abbasam çəkməm ahı,Gördü gözüm gözəl mahı,Olmuşam yarın məddahı,Budu, yar gəldi, yar gəldi!
Kitabxana.az · https://kitabxana.az/en/works/tufarqanli-yar-geldi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Mən səndən deyim
Səhər gözlərini təzəcə açmış,Budaqlar danışır hey həzin-həzin.
Aşiqə şərabla məstlik nə gərəkAşiqə şərabla məstlik nə gərək,Saqi, bu məclisi bizdən yana çək!
Bizdə də var, sizdə də varBir qaç ərbabi-həya sizdə də var, bizdə de var.Hədəfi-tiri-qəza sizdə də var, bizdə də var.
Nə dediDilqəm*Qasidi-bizəval, ərzi-halımı,