Gözəl Pəri, mənlə yaman başlama,Mənim ərzim gedər, xana yetişər,Qaşların ləl olsa, yoxdu qiyməti,Min tüməndi, bəzirgana yetişər.

Məclisinə sürahilər düzülər,Ala gözlər xumarlanıb süzülər,Bir muyun üzülsə, canım üzülər.Zəlzələsi al-Osmana yetişər.

Abbas deyər: Pərim niqabı atdı,Camalm göstərdi, günü yubatdı.Ağ üzdə xalların Misri-nabatdı,Səkkiz cənnəti-rizvana yetişər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets