Bircə insaf eylə, a zalım Becan,Ayırma Abbasdan, zülümdü mənə.Sənsən bu ölkəyə ədalət, divan,Ayırma Abbasdan, zülümdü mənə.

Becan, sən eyləmə qəddimi kaman,Aşiqəm məşuqə, çəkdirmə aman,Sən olasan o duz-çörək, nəmək-nan,Ayırma Abbasdan, zülümdü mənə.

Pəri dərd əlindən yetişdi cana,Oldum yar eşqindən dəli-divana,Qəflə-qatır işlər o Tufarqana,Ayırma Abbasdan, zülümdü mənə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love