Bəs ki, zəfi-ruzədən hər gün bulur təğyiri-hal
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Bəs ki, zə’fi-ruzədən hər gün bulur təğyiri-hal,Olacaqdır eyd üçün mahi-təmamim bir hilal.
Qıldı mahi-ruzə xurşidimi gün-gündən zəif,Zərrə-zərrə ayə, san gün nuri eylər intiqal.
Bir xəyal etmişmi zə’fi-ruzə yarı, bilməzəm,Yoqsa yarı görməyib, mən gördügümdür bir xəyal.
Tuta bilsəydim, su içməzdim, qılırdım dəf’ini,Ruzənin kim, göz görə xurşidimə istər zəval.
Ay tutulsun, ruzə əyyamında gün düşsün yerəKim, bu ay, gündən bulubdur mehriban mahim məlal.
Qanımı içmək dilər ol lə’li-meygun hər gecə,Ruzə tutmuş qaliba, iftar içün istər həlal.
Yemək-içmək fikrin əhli-ruzədən kəs, ey günəş,Bir səvab et, sübhlər ta şam qıl ərzi-cəmal.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ruzə təklifin Füzulidən götür, ey möhtəsib,Natəvandır, onda bu təklifə yoxdur ehtimal.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-bes-ki-zefi-ruzeden-her-gun-bulur-tegyiri-hal
Use ← → keys to move, R for a random poem
More by this author
Sün’i-Həq kim, yox ikən aləmi etmiş peyda,Ondan almış əsəri-nəzm nizamın əşya.
Götürdü bad bürqə’ çöhreyi-gülbərgi-xəndandanGötürdü bad bürqə’ çöhreyi-gülbərgi-xəndandan,Gətirdi aləmi mürği-çəmən əfqanə əfqandan.
Afərin, ey saneyi-tənpərvəri-canafərin!Afərin, ey saneyi-tənpərvəri-canafərin!Xaliqül-əşya, ilahül-xəlq, rəbbül-aləmin!
Şükr kim, çərx istiqamət üzrə dövran eylədi1Şükr kim, çərx istiqamət üzrə dövran eylədi,
Poems by other poets
Bir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi