Pişiyin tərifi
Bircə pişik var idi Kirmandə,Sövləti yox bəbrdə, əslandə.Gözləri sarıydı, necə kəhrüba,Yelgəsi şirü özü bir əjdəha.Gərdəni ağ, boynu misali-qutan,Bir nəfəsə sərçəni yüz min tutam.Dırnağı Əzrailə çəngal idi,Bığları bir burğuya timsal idi.Ağzı yekə, quyruğu misli-ilan,Əfi kimi xişm ilə adəm çalan,Tülkü kimi başdan ayağ hiləgar,Sanki tükündən tökülür zəhri-mar.Sinəsi qaqum kimi çox ağ idi,Qövsi-qüzeh kimi qaşı tağ idi.Dişlərinin hər biri bir niştər,Xəncəri-fulad kimi tiztər.Qarnı yekə, təbl kimi pürsəda,Xitteyi-Kirmanda necə kətxuda.Evdə gəlinlərlə yatardı müdam,Gündüz ağalarla yeyərdi təam.Yayda yük üstü ona yaylaq idi,Kürsülər altı ona qışlaq idi.Bir bu sifət gürbə ki vəsf eylədim,Vəsfini nəzm ilə sənə söylədim,Girdi şərabxanəyə bir gün pişik,Ta ki siçan tutmağa çəkdi keşik.Pusqu üçün girdi küpün dalına,Çəkdi əlin bığına, saqqalına.Qurd kimi yatdı, maraq eylədi,Hər tərəfə baxdı, soraq eylədi.Oldu qəzadan bu qəziyyə əyan,Çıxdı küpün üstünə ta bir siçan.Saldı başın, xümmdən içdi şərabMəst oluban etdi itabü xitab,Söylədi kim, hanı o məlun pişik,Çəkdi siçan tutmağa daim keşik?Bircə nolaydı gələ meydanıma,Ta ki düşəydi gözü cövlanıma!Gürzi-giran ilə əzəydim başın,Ta axıda qanlı gözündən yaşın.Cəng günü Rüstəmi-dastan mənəm,Qüvvət ilə Samü Nəriman mənəm.Puri-Pəşəng ilə ki çəng eylərəm,Ərseyi-cəngi ona təng eylərəm.Şəstimə tab eyləməz Əfrasiyab,Kimdi pişik ki ola itcə hesab?!Hər nə ki hədyan danışırdı siçanCümləsini bildi pişik bigüman.Tiz elədi şəst ilə dəndanını,Sıçrayıban tutdu giribanını,Qaynağına vurdu o bədəxtəri,Həncərinə qoydu onun xəncəri.Ağladı, yalvardı o dəmdə siçan,Ərz elədi, key şəhi-mülki-cahanHər nə dedim əfv elə ki, məst idimBir... idi, ağzıma gəldi yedim.Şahi-cahansan, sənə mən nökərəmBəndeyi-xarəm, sənə xidmətkərəmBir də görünsə bu sifət bir ədaÜzr yoxundur, mənə eylə cəza.Rəsmdi kim, eyləsə bir qul xəta,Əfv xətasın edər axır ağa.Dedi pişik: – Vermə mənim dalımaÇünki bələdsən mənim əhvalımaÇəngəlimə indi giriftarsən,Ta ki edirsən belə rəftar sən.Rəhm eləyib gər qoyam əldən sən!Sən gedibən dalda söyərsən məniOnda deyərlər hamı əhməq mənə,Əql verib, fəhm verib həq mənə.Düşmüş ələ sən kimi ziba şikarBəxt kömək oldu mənə aşikar.Kəbk nədir, ya nədi ceyran əti?Yoxdu siçan tək oların ləzzəti.İndi səni eyləyərəm parə mən,Dəfüvə saz eyləmişəm çarə mənOl siçana çəngini vurdu pişik,Eylədi əndamını dəlmə-deşik.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-pisiyin-terifi
Use ← → keys to move, R for a random poem
More by this author
Dili-sədçakə zülfündən gələn qəm şanədən gəlməz;Cəfa kim aşinalərdən gəlir, biganədən gəlməz.
Yarım kimi bir sərvqədü gülbədən olmaz.Yarım kimi bir sərvqədü gülbədən olmaz.Rüxsarına bənzər o gülün nəstərən olmaz.
Qurtardı nisfi-şamdə, saqi, şərabımızQurtardı nisfi-şamdə, saqi, şərabımız,Etdi qürub, heyf, bizim afitabımız.
Səndə, ey ləli şəkər, bunca vəcahət qalmazSəndə, ey ləli şəkər, bunca vəcahət qalmaz,Dili-sədpareyi-aşiqdə cərahət qalmaz.
Poems by other poets
Başına döndüyüm ədalətli şahGəlmişəm dərdimə dərman edəsən
VarOl gündən lənət olsun şeytana,Ondan ötrü çoxlu fitnə-feli var,
BəsdiCana gəldim bu hicrandan, hicrətdən,Nəhayət, son həddə çatmışam, Bəsdi.
Hübb ayəsi, zahid, sənə Quranda tapıldıHübb ayəsi, zahid, sənə Quranda tapıldı,Misdaği mənə arizi-cananda tapıldı.