Qurtardı nisfi-şamdə, saqi, şərabımız
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Qurtardı nisfi-şamdə, saqi, şərabımız,Etdi qürub, heyf, bizim afitabımız.
Baxma kitabi-hikmətə, mey tök kitabiyə,Çoxdan itibdi, ey ləbi meygun, kitabımız.
Derlər behişt əhlinə cənnətdə yox əzab,Bəs kuyi-yardə niyə-artdı əzabımız?
Ağzın açıb xitabıma verməz cavab o gül,Pinhan nə söyləyim ki, verildi cavabımız.
Zahid sözilə eyləmədik bir səvabə meyl,Bəsdir cəza günündə bizə bu səvabımız.
Bülbül pərində başını gizlətdi şərmdən,Əskik degil o qönçeyi-tərdən hicabımız.
Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid, həmişə talibi-meyxanəyik məgərBu xakdən siriştə olubdur türabımız?!
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-qurtardi-nisfi-samde-saqi-serabimiz
Use ← → keys to move, R for a random poem
More by this author
Sanma ki, çeşmdən üzümə əşki-tər gəlir,Bu çeşmə xüşk olub, dəxi xuni cigər gəlir.
Əhli-eşqin, zahida, cismindəki can özgədirƏhli-eşqin, zahida, cismindəki can özgədir,Aləmi-mənadə, bil, can özgə, canan özgədir.
Əgərçi həşrdə peyda o sərvqamət olurƏgərçi həşrdə peyda o sərvqamət olur,Fəzayi-məhşər ara özgə bir qiyamət olur.
Çeşmində qəzəb yoxsa dili-zarım üçündür?Çeşmində qəzəb yoxsa dili-zarım üçündür?Qəhri o təbibin dili-bimarım üçündür?