Hübb ayəsi, zahid, sənə Quranda tapıldı,Misdaği mənə arizi-cananda tapıldı.

Asarı-şüunati-zühuratı-həqayiq,Əlhəq genə bu məsləki-ürfanda tapıldı.

Sinəmdə əyan oldı tilismati-məhəbbət,Bir gəncdü məxfi ki, bu viranda tapıldı.

Çeşmimdə xəyali-ərəqi-arizi-canan,Guya düri-şəhvardu, ümmanda tapıldı.

İncitmün, ətibba, bizi, dərdi-qəmi-eşqəDərman nə Ərəstudə, nə Loğmanda tapıldı.

Qaldi səri-zülfündə könül, kamə yetişdüm,Nə eyşdü bu, Şami-qəribanda tapıldı.

Zahid, bu pəriçöhrəyə bir diqqət ilə bax,Get, gəz, gər əgər rövzeyi-rizvanda tapıldı?

Olmuşdu könül Yusifi bir müddət idi güm,Axtardum onı, cahi-zənəxdanda tapıldı.

Ey vacibün imkaninə talib olan aşiq,Məzhər ona, gəl, aləmi-imkanda tapıldı.

Qəmzən tükədüb, nazun alub, işvən apardı,Sedparə könül hər biri bir yanda tapıldı.

Xət basdı qədəm naz ilə hüsnün vərəqinə,Qarıncadü ya, təxti-Süleymanda tapıldı.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bu Racidəki şur ilə sevdavü məhəbbət,Məcnunda, nə Fərhad ilə Sənanda tapıldı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love