Dili-sədçakə zülfündən gələn qəm şanədən gəlməz;Cəfa kim aşinalərdən gəlir, biganədən gəlməz.

Bu qədri fərqi var kim, suzişi-nari-məhəbbətdəO əfğanlar ki, bülbüldən gəlir pərvanədən gəlməz.

Səfayi-meykədə üşşaqə olmaz Kəbədən hasil,Şəfa dərd əhlinə aləmdə hər bir xanədən gəlməz.

Ləbi-yar ilədir peymanənin zövqi-rəvanbəxşi,Və illa zövqi-xatir badəvü peymanədən gəlməz.

Pozub xət rövnəqi-rüxsari-yarı saldı dillərdən,Nə mane var dəxi, ol şuxi-bipərva nədən gəlməz?

Bu nə dilbəstə olmaqdır pərilər zülfü xalinə,Bu işlər kim, könül, səndən gəlir, divanədən gəlməz.

Maqta — the closing couplet bearing the poet’s pen name. Qəribə xanəviran, rindi-bipərvadı Seyyid kim,Əlindən cam düşməz, bir çıxıb meyxanədən gəlməz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love