Məni hər kim edib ol mahliqadən məhrum,Görüm olsun onu əltafi-xudadən məhrum.

Qönçeyi-dil nə vəsaitlə güşayiş tapsın,Gülşəni-eyşim olub badi-səbadən məhrum.

Qoydu suzan, edib ol saiqeyi-hüsnü cəmalNəxli-ümmidimizi nəşvü nəmadən məhrum.

Tutmayan aləm ara piri-müğan damənini,Vadiyi-qəmdə qalır rahnümadən məhrum.

Sındı səndən, dəxi dil naləvü fəryad etməz,Çini olmazmı şikəst, olsa sədadən məhrum?

Gəlmişəm kuyüvə yüz səy ilə can vermək üçün,Məni qaytarma, Xəlilim, bu Minadən məhrum.

Maqta — the closing couplet bearing the poet’s pen name. Qədrini bilməsən ol Kəbeyi-hüsnün, Seyyid,Eyləsin həq səni aləmdə səfadən məhrum.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring