Yeddi aşıq
Onlar yeddi aşıqdı,Ellərə yaraşıqdı.Hamısının telli sazı,Ildırımdan avazı,Fikirləri nur kimi,Sözləri yağmur kimi,Çıxmışlar bərkdən, boşdan,Olmamışdan, olmuşdanYaxşı xəbərdardılar,Kamil sənətkardılar.Budur, mənim ərənlərim,Çox gəzib, çox görənlərim,Bayram günü, bir şənlikdə,Bir səfalı çəmənlikdəSıra vurmuş, oturmuşlar.İçlərindən ən ixtiyar,Bir ağsaqqal ərən qalxdı.Bulud keçdi, şimşək çaxdıO qalxarkən bu məclisdən,Qopdu alqış alqış üstdən.Xitab etdi qoca ərən:– Dostlar! – dedi, – çərən-pərənSöhbətlərin vaxtı keçdi;Ağır günlər axdı, keçdi.Biz ruhların fəzasına,Könüllərin dəryasınaDalıb, dalıb tapmalıyızYeni inci, yeni ulduz.Indi saya vadilərdənKülək kimi əsməliyiz.Yeni yollar kəsməliyiz.Aranızda varsa yayan,Dənliyində söz olmayanXəcalət verməsin bizə,Girişməsin bu məclisə.Məclis başqa bir məclisdir,Hamı həkim, mühəndisdirÖz işində, öz gücündə.Əziz dostlar, bu şad gündəBayağı söz oxumayın!Alçaq qumaş toxumayın! –Deyib qoca aşıq oturdu. Sıradan ilk dəfə orta yaşlı biri çıxdı. Üzünü məclisə tutub dedi:– Mənim nəğməm alnımızın qırışlarından tər kimi sızar, həyat bağçamızın arxlarından sərin sular kimi axar, sərhədsiz,azad torpaqlarımızda azad əməyin nəğməsini oxumaq mənə nəsib oldu. Bu bizim əzəliyyət və ədəbiyyət mahnımızdır. Insanıinsan mərtəbəsinə çıxaran da odur. Vaxtilə göz yaşlarımızı andıran sular, dərdimiz kimi qat-qat torpaqlar artıq öz əlimizdədir.Atalarımız becərdikləri bağçalara hasar söküklərindən həsrətlə baxardılar. İndi bu bağçaların bağbanı da, sahibi də bizik. Hər kəs öz əmək baharından istədiyi feyzi aparsın. Bizdə ancaq işləməyən dişləməz! Xoşdur təzə bir çiçəkdən gülab çəkər kimi dirilikdən kam almaq! Arzularımızıntorpaqlarına gülə-gülə saçdığımız həvəs toxumlarının meyvəsinidadmaq ləzzətlərin ləzzətidir! Sonra sazını döşünə sıxdı, oxumağa başladı:Ellər, gəlin iş görəlimSiz bir yandan, biz bir yandan.Ömrümüzü xoş sürəlimSiz bir yandan, biz bir yandan.Məhəbbətlə sarışalım,Ayla, günlə yarışalım,Ulduzlara qarışalımSiz bir yandan, biz bir yandan.Azad əmək, azad torpaq,Qəlbimizdə sevgi, maraq,Əl çalalım şaraq-şaraqSiz bir yandan, biz bir yandan.Yeddilərdən ikincisi meydana atıldı. Yarışa çıxmış kimi,ətvarında bir dirilik sezilirdi. Bir o başa, bir bu başa getdi; baxalım nə dedi:– Mən gəlib keçən nəsillərin eşitmədiyi bir nəğməni tərənnümedəcəyim. Bu nəğməni keçmişin yazıq oğulları oxumaq istədi, ancaq yapılmış sazların pərdələri buna kafi gəlmədi. Mənim nəğməm istirahət üçündür. Qəlb qəlbliyilə vurmasa mümkün deyil, bir vurub ikinciyə keçərkən arada bir nəfəs alır. Külək küləkliyilə ətrafı sarsıdıb keçdimi, havaya ani bir sükut çökmüş olur. Buludlar oynar, göylər gurlar, şimşəklər çaxar, yağmur yağar, sel olar. Sonra göylər əmin bir çöhrə kimi gülümsər. Dəniz şahin qanadlarını qaldırıb qayalara çarpar, tufan keçər, dalğalar susunca, həmən dəniz anasının qoynunda süd əmə-əmə uyuyan bir yavruya dönər. Bəs insan! Onunistirahəti? Yeddi saat iş... sonra klub... Fikir açan siyasi dərs... çalğı, oyun, rəqs!.. Ruhun tuğyanı! Budur mənim nəğməm! Mənim dəzgah yoldaşım bu saat istirahət evindədir. O indi güllü, sarmaşıqlı bir eyvanda, könlünün gözünə sükunət pəncərələri açılmış bir təbiət parçasını seyr etməkdə. Dimağına istirahət gülşəninin ətri saçılır. O, bəlkə də sərin kölgələr kimi bir ağac altına sərilmişdir; lakin günəşlə həmsayədir. O, sovet dövrünün rahat insanıdır.Sonra sazını aldı, tərənnümə başladı:Açılsın gönlümüz ilk bahar kimi,Yanaqlar qızarsın güllər içində.Axalım gülşənə irmaqlar kimi,Səsimiz gurlasın sellər içində.Yamandır insanın tez qocalması,Düşüb yol daşı tək yolda qalması,Erkən bir ürəyin vərəm almasıBir də görünməsin ellər içində.Ömür uzun olsun bizim diyarda,Kimsə kimsənədən qalmasın arda,İnsanların günü qışda, bahardaKeçsin şirin-şirin dillər içində. Üçüncü. Gənc bir aşıqdı. Sazı vardı, sözü də... Ayağa qalxıb, xitab etdi:– Mənim nəğməmdən çoxları dəm vurmuşdur. Elmə həyat, cəhlə ölüm, ölümə varlıq, cəhlə yoxluq demişlər. Ancaq bu sözlər bir ovucinsan ağalarına məxsusdu. Biz, babaların nəsihətlərini hər kəsə dinlətməyə gəldik. Biz təhsilin, günəşin qapılarını insan yavrularına fərq qoymadan açdıq. Onlar onsuz da fərqsizdirlər. Biz mədəniyyətdən qorxub ona düşmən kəsilmədik. Elektrik sürətini buraxıb, maviliklərə sürdüyümüz motorların sükanından əl çəkib də, tənbəl karvan yollarına qayıtmaqmı olur?! Biz elmin həm içinə, həm qabığına malikiz, çünki quş bir qanadla uça bilməz. Qarşıda uca dağlar var. Mehriban dostları ayrı salan əngin dənizlər maviləşir. Qarşıda qara yerin sarsıntıları gözlənilir. Bu çətinlikləri həllə mədəniyyət gərək, mədəniyyət! Mədəni bir kütlənin boynuna minmək olmaz! – deyib saza söz verdi.Mehriban ellərim, dinləyin məni:Hələ bu diyarda çox işimiz var!Məhsul toplamağa, çiçək dərməyəXəzanda, baharda çox işimiz var!Hələ bu yerləri sürəcəyik biz,Hələ gözəl günlər görəcəyik biz,Dalğalara köküs gərəcəyik biz,Çıxınca, kənarda çox işimiz var!Təbiət olmasın çox əngəl bizə,Buludlar, dalğalar versin əl bizə,Bizdə qonaqlıqdır, günəş, gəl bizə,Qaranlıq yollarda çox işimiz var!Dördüncü aşıq qalxdı. Məclisdə oturmuş öz arvadına üzünü tutubxitab etdi:– Sən anasan, sən qadınsan, sən bu insan sellərininqaynağısan. Taxtın var, beşiyin var. Evin var, eşiyin var. Nə mələksən, nə pəri. Mən səni sevərək aldım, sən mənə sevərək gəldin. Sevişdik, güldük, ağladıq. Camalın gözlərimdə su kənarındakı bir çəmən kimi gülümsədi. Keçən iclasların birində bir qadın belə demişdi:«Ayaqlara toz, ağızlara söz olduğumuz günlər getdi. Ərlərləhüququmuz var. Təlimdə birik, əyləncədə birik, cəbhədə də bir olacağıq! Bizə bu hüququ verən Oktyabra alqış! Bizim ərlərimizi, çocuqlarımızı, qızlarımızı səfalət çamurlarından çıxarıb sülhün, qardaşlığın büllur sularında yıxayan, onların qeydinə qalan, bəşər nəslinin uzanmasına – əbədiyyətinə qanun verən insanlar üçün ana qəlbimizin döyüntüləri milyon-milyon əllərdən qopan alqış səslərinə dönsün!».Sonra sazını köksünə sıxdı, baxalım nə dedi:Sən mənim cananım, şirin canımsan,Ətirli bağçamda bar səni gözlər!Elimsən, günümsən, mehribanımsan,Qızğın məclisimdə tar səni gözlər!Qarşında səfalı beşiyin sənin,Deyirsən: «Yat, çəkim keşiyin sənin!»Cənnətmidir evin-eşiyin sənin?Dövlət əlindədir, var səni gözlər!Yıxıqlar əlinlə gülüstan olur,Can cahana dönür, cahan can olur,Bütün qaranlıqlar çırağban olur,Ellərin şənliyi, yar, səni gözlər!Yeddilərdən beşincisi qalxdı. Məclisə qürurla baxıb dedi:– Nəğmələr içində mənim nəğməmin ayrı bir yeri var. Mən toxunulmaz hüququmun nəğməkarıyam. Bir fərd, bir cəmiyyət nə qədər yüksəlir səyüksəlsin, hüquqsuz yenə heçdir. Başı sərkili, üzü danlaqlı, qəlbi səksəkəli əməl yollarında yorğun düşən, əli istəyinə irişməyən əcdadımızın göylərdən asılıiradəsini acı-acı bir düşünəlim. Biz ümid qapılarını asanlıqla keçdik. Azad əməllərinə, azad əməyinə yetən bizim nəsil nə bəxtəvərdir! Təhəkkümün, zəncirin, təhqirin hüdudu bizim torpaqların sərhədinə gələndə bitər. Qarayammı, ağammı? Fərqində deyiləm. Qarlı bir dağam mən. Qaynar birbulağam mən. Varlı budağam mən. Qoltuğa sığınmaq da bir şey deyil. Böyük bir palıdın həşəmətli budaqları altında bir çiçək fırtınalardan, boranlardan nə qədər qorunsa da, yenə günəşsizlikdən sarı, solğun qalır. Vay o fərdə ki, asılıdır! Vay o kütləyə ki, məhkumdur. Mən arzularımın hovuzu kənarındadurub məqsədimin surətini dərin bir heyranlıqla müşahidə edirəm.Sonra sazını aldı, bir-iki ağız dedi:Mənim ixtiyarım öz əlimdədir,Ömrü çarpaşıqlı bir insanam mən!Könül otağının pəncərələriGüllü, sarmaşıqlı bir insanam mən!Gəldi yaz ayları, sayrıldı güllər,Başladı pərvaza tərlan könüllər,Dolaşdığı ellər, gəzdiyi çöllərYarlı-yaraşıqlı bir insanam mən!Təzə əməllərim ilk bahar kimi,Ömrüm gəlib keçməz bir ruzgar kimi,Xəyalım göylərdə buludlar kimi,Yolları işıqlı bir insanam mən!Söz altıncı ərənə gəldi. Görək bu nə dedi:– «Çox bil, az danış». «Adamın dili öz başına bəladır!» – deyən əsir babaların bu nəsihətləri nə qədər acıdır! Mənim nəğməm sözü əsarətdən, məhkumluqdan çıxarıb azad etmək üçündür. O sözlər, vicdanlarda casus qulaqlarının şəkləndiyi dövrlərin məhsuludur. Nə mey şişədə, nə gül qönçədə, nə söz ürəkdə qalar. Bunu bir şair demişdir. Mey içilər, qönçə öz əsrarını rəngilə izhar edər. Söz də qanadlı bir quşdur. Yuvası təmiz bir ürək, açır bir yuva...yaşadığımız bu inqilab dünyası mərd oğulların dünyasıdır. Bu dünyada kütlələrə səadət müjdəsi verən hər söz azaddır.Sonra tərənnümə başladı:Mənim də sözlərim bir-bir yazılmışSinə dəftərimin varaqlarında.Sənin qoxladığın ətir gizlidirQızıl çiçəklərin yarpaqlarında.Gözəldir insanın öz azadlığı,Yüksəltdik hər yerdə biz azadlığı;Qələm azadlığı, söz azadlığı,Doğrulmuşdur sovet torpaqlarında.Hər irmaq çağlasın bir könül kimi,Hər ürək açılsın qızılgül kimi,Hər şair oxusun bir bülbül kimiAzad fikirlərin budaqlarında.Ən son, qoca aşıq meydana atıldı. Çöhrəsində narın təbəssümlərbəlirdi.Üzünü məclisə və şagirdlərinə tutub dedi ki:– Hamınızınsözü doğru! Hamınız haqlısınız. Əmək, təhsil, istirahət, ana, çocuq, azad söz... Bunları kim istəməz? Ancaq kədərlə səfa, faşizmlə sosializm kimi iki zidd parçaya bölünmüş dünyada bir əmniyyət varsa, o da tərənnüm etdiklərimizi qorumaqdır. Sosializm ölkəsinin sosialist əsaslarına əməl etmək – sərhədləri bərkitməkdədir. Havalar getdikcə qarışır, göylər bir-birinə dəyəcək... dolu yağacaq. Müdafiə... ilk və sonborcumuzdur! Bu olmasa, əməyimiz heçə gedər, təhsilimiz yarımçıq qalar, istirahətimiz pozular, anaların laylası ağıya dönər, qara ölüm üstümüzə qanad gərər. Bundan sonra nə azad söz, nə hüquq! Biz sərhədlərdə sıralanıb dilbər vətənimizi vüsal qucağına polad bir hasar kimi almalıyıq.Sonra tavar sazını döşünə sıxdı, baxaq nə dedi:Hərb olursa, külək kimiQalxar bizim qəhrəmanlar!Qaranlıqda şimşək kimiÇaxar bizim qəhrəmanlar!Sərhədində sayıq durar,Bir möhtəşəm qurğu qurar,Çətinlikdən həmən vurar,Çıxar bizim qəhrəmanlar!Hər birimiz bir qasırğa,Dağılmışıq ortalığa,Hər dərədən dalğa-dalğaAxar bizim qəhrəmanlar!Aşıqlar sözlərini bitirdilər. O günkü şənlik qiyamət keçdi. Hamı onlardan məmnun qaldı. Sazlarını qollarına vurub Azərbaycanın başqa dağlarına çəkildilər.
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-yeddi-asiq
Use ← → keys to move, R for a random poem
More by this author
Fabrik, zavod çoxalır,Ehtiyaclar həm artır, həm yoxalır.
Daş qartalİllərcə dayandın arxan divarda,Hər gələn yolçuya dəhşətlə baqdın,
DağlarSiz ki bir-birinizdən ayrılmayan əşdiniz,Sinənizə ayrılıq dağı çəkildi, dağlar!
DilənçiSərt, soyuq bir qış gecəsi... Səma bəyaz, yer bəyaz,Uğuldayan küləklərlə sarsılmada soqaqlar.