Siz ki bir-birinizdən ayrılmayan əşdiniz,Sinənizə ayrılıq dağı çəkildi, dağlar!Aya, hankı cəlladın pəncəsinə keçdiniz,Niçin böylə qəddiniz sındı, büküldü, dağlar?

Sizin ki, üzünüzdən qaralırdı çox işıq,Üstünüzdən ötməyə yol bulmazdı bir aşıq.Qaynaqlara edərkən gədikləri çarpaşıqBu gün çəlik bağrınız nədən söküldü, dağlar?

Nallarını küheylan atların qırardınız,Önünüz əngin dərə, uçurumdu ardınız.Çayların gur səsilə, üfqə hayqırardınız,Sizin öncə halınız belə deyildi, dağlar!

Ruzgarları yararkən köksünüz parça-parça,Ayrı qalırdı quşlar sıradan haftalarca,Alnınızı buludlar oxşarkən bəxtiyarca,Dik başınız önümdə nədən əyildi, dağdar?

Üst-üstdən o zaman ki, bıçaqlandı qəlbiniz,Çaylar sapdı yolundan, narə yandı qəlbiniz,Barıt dumanlarilə saçaqlandı qəlbiniz,Axırda bir mum kimi söndü, töküldü, dağlar!

İnsan oğlu – əzəldən o sinə dağlayandı,Yoxsa onun xəncəri köksünüzə dayandı?!Başınıza kül oldu, könlünüz oda yandı,Onda ki, yerinizdə raylar çəkildi, dağlar!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets