Dilənçi
Sərt, soyuq bir qış gecəsi... Səma bəyaz, yer bəyaz,Uğuldayan küləklərlə sarsılmada soqaqlar.Hər kimin ki, qanadı var çovğun olsa darılmaz,Fəqət yenə bu soyuqdan qısılmada soqaqlar.
Gələn də var, gedən də var, mən də varam bu gecə,Təbiətin dəhşətləri titrədiyor ətrafı.Bir bucaqda yorğun titrək əllərilə kəmənçəÇalan zəif bir ixtiyar inlədiyor ətrafı.
Yanında bir yavrusu var, yorulmadan çalıyor.Kamançanın simlərindən qopan yanıq havalarİncəldikcə, hər kəs ondan acı bir həzz alıyor.
Yellər dəxi vəlvələli ötüyorkən bu yoldan,Yavaş-yavaş səslərini dəyişdirib bir qadar,Onlar dəxi uzaqlarda, ağlıyorlar könüldən.
-Ey ixtiyar, sən ey zalım, məzlum dolu illərinÜrəklərə kədər saçan, ələm verən töhfəsi!Acı dolu, əzab dolu, zülüm dolu illərinMərhəmətsiz fırçalarla qaralanmış lövhəsi!
Sənin artıq vaxtın ötmüş,Səni dövran səfil etmiş.Fəqət onu, o sevimli qızcığazı,Olma razı,Qış dondursun, günəş yaxsın.Burax onun əllərini,Burax onun hörülməmiş tellərini.Qoy buraxsınOxuduğu yanıq, xəstə havaları.Burax, barıÇağlıyorkən yurdumuzda yaşayışın selləri,Bəlkə öpsün gözlərini səadətin yelləri.
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-dilenci
Use ← → keys to move, R for a random poem
More by this author
Eşq olsun o titrək baxışlarındaAçan çiçəklərə, açan güllərə.
Nə deməkdir?Çoxdandır çalınmayır divardan aslı tarın,Tutqun bir ürək kimi telləri paslı tarın,
NeftDün şövq ilə mədənləri gəzdik;Çox baxdı buruqlar bizə dik-dik.
N.Ostrovski üçünDağlarda, daşlarda bir qartal kimiSarpdı yorulmadan qanadın sənin!