N.Ostrovski üçün
Dağlarda, daşlarda bir qartal kimiSarpdı yorulmadan qanadın sənin!Tufanda çarpışan bir sandal kimiKeçdi cəbhələrdə həyatın sənin!Min dəfə ölümün yanından keçdin,Qızıl şəfəq kimi qanından keçdin,İnqilab yolunda canından keçdin,Zəkandan kəskindir inadın sənin!Ey böyük sənətkar, ey böyük əsgər!Bu şərəfli həyat dünyaya dəyər!Bağırır ardınca ölkələr, ellər:Bərkimiş, bərkiyir "poladın" sənin!
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-n-ostrovski-ucun
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
EdəsənBaşına döndüyüm ədalətli şahGəlmişəm dərdimə dərman edəsən
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.