Neft
Dün şövq ilə mədənləri gəzdik;Çox baxdı buruqlar bizə dik-dik.Bilməm nəyə durmuşdu buruqlar?– Dolsun – deyə bir anda oyuqlar!Şən zərbəçilər mədəni sardı,Mədəndə nöyüt azlığı vardı.Sarsıtdı bu azlıq bizi dərhal,Mədəndə coşub kükrədi avral.Hər guşədə bir “aləti-zaye”,Baxdıq çürüyüb olmada zaye.Bir yanda nöyüt axmada bomboş,Bir işçi oturmuş kimi sərxoş,Hər bir şeyə baxmazdı, nəhayət,Verdik ona bir zərbəli töhmət.Bir işçi durub söylədi birdən:– Qalsınmı nişan köhnə kəsirdən?Neft olmasa fabrik necə işlər?Neft olmasa gəlməz vecə işlər!Neft olmasa gurlarmı traktor?Yoldaş, bunu kolxozçuya bir sor!Neft olmasa işlərmi zavodlar?Parlarmı ocaqlardakı odlar?Neft olmasa kükrərmi Zaheslər?Neft olmasa yoxluq bizi səslər!Qarşımda bəyaz çöhrəli qış var.Neft olmasa parlarmı baxışlar?Beşilliyi yarısında bitirmək,Hər əngəli şiddətlə devirmək,Əlbət, bu günün oğluna bağlı,Əlbət mənə bağlı, sənə bağlı, ona bağlı!
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-neft
Use ← → keys to move, R for a random poem