Daş qartal
İllərcə dayandın arxan divarda,Hər gələn yolçuya dəhşətlə baqdın,Gözündə bir oldu qış da, bahar da,Qəlblərdə bir acı uçuşla sarqdın.
Üfüqdən üfüqə çaldığın qanadHər yerə qaranlıq bir kölgə saldı,Pəncəndə qızırldı bir yığın qanad,Qorxundan, uçanlar sükuta daldı.
Nə ruzgar, nə boran, nə qar, nə tipi1O sərt ürəyinə etmədi təsir.Bir yüksək divarda durdun “dağ” kimiÖmründə iztirab bilmədin nədir.
Çulğadı süzdüyün qaldırımlarıBir yığın səfalət, bir yığın acı.Çaxarkən hirsinin ildırımları,Dəydi umuzlara ölüm qırbacı.
Gözlərin sancılmış ellərə tək-tək,Əlində ölkələr bir oyuncaqdı.Kinli ürəklərdə bəslənən şimşəkBaşında partladı, gözündə çaqdı.
Əvət, qaynağında aman bulmayanZavallı insanlar üzünə durdu.Dərələr, təpələr eylədi üsyan,Bağrına zəhərli bir güllə vurdu.
Bizim dünyamızın hakim işçisiDaldı öküzlərin ahü zarına,Dərdə düşənlərin olub bəkçisi,Son verdi uğursuz uçuşlarına.
Dönüb bir tufana, tutdu yolunu,Sarsıtdı aləmi onun buyruğu.Qırdı şəhpərini, kəsdi qolunuSağlam bir işçinin iti yumruğu!
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-das-qartal
Use ← → keys to move, R for a random poem