Börk
Ey mənə börkün eylə pişkəş,Pişkəşin başa yetişməyib yəqin.Belə müşəxxəs olunub bizlərə,Bəs dərisi aşa yetişməyib yəqin.
Heç görmədik sözünün təsirini,Söylə görək nədəndir təxirini,Çəkdirərdim o börkün təsvirini,Didəyi-nəqqaşa yetişməyib yəqin.
Sən görmüsən qulluqda isbatmı,Pişkəşimi yanında sovqatmı,
Sifarişin istəyibsən atmı,Bilirsən fərraşa yetişməyib yəqin.
Qərəz sözüm vardır bundan ziyadə,Şah, ruxum, fil kimi arada,Alıb atı qoyma məni piyada,Bəs ayağın daşa yetişməyib yəqin.
Mən görmüşəm aftab ilə mahımı,Tərk etmişəm nalə vü həm ahımı,Başı açıq qoymusan İbrahimi,Bəs bu börk qardaşa yetişməyib yəqin.
Xatirimə yetişməzdi börk işi,Sən özün etdin bizə fərmayişi,Bir kişiyə söz deyəndə bir kişi,Onun sözü başa yetişməyib yəqin.
Kitabxana.az · https://kitabxana.az/en/works/el-sairleri-adsiz-bork
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bu sürahi, filməsəl, bir dilbəri canan durur,Rahi-ruhəfza anın içində nazik can durur.
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
OlurZərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,