Bu sürati, filməsəl, bir dilbəri canan durur
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Bu sürahi, filməsəl, bir dilbəri canan durur,Rahi-ruhəfza anın içində nazik can durur.
Məclisi-üşşaqi pürnur etsə ol hər şəb nola,Kim, məlayik şəmi göydə kovkəbi-rəxşan durur.
Səcdeyi-şükr eyləyib hər dəm ayağa baş üçün,Çün görər üstündə daim sayeyi-sübhan durur.
Səbzxət saqilər, andan doldurun peymanələr,Xızr cami tək pürabi-çeşməyi-heyvan durur.
Bir pəri sərvi-səhi qəddir ki, durmuş rəqs üçün,Yoxsa, cənnət məclisində tubiyi-rizvan durur.
Cami-Cəmşidi-Cəmin dövrani xətm oldu tamamDövri-cam indi anındır kim, şəhi-dövran durur.
Budur ol ayineyi Iskəndəri-gitinüma,Munda rövşəndir cahanda hər nə kim, pünhan durur.
Bu sürahidən məvali dolduranda dustkam,Qayğudan düşmən xəvaric yürəgi bir qan durur.
Görmədi heç kimsə mun tək, simtən məhbubi-şux,Kakili-zərrinü taci dəxi nurəfşan durur.
Yerdə əksi çərxi-pür kökəbdir olmuş aşikar,"Nəssi-əzzinəs-səmavət" ayəti-bürhan durur.
Böylə qiymətli cəvahir hansi mədəndən çıxır,Kün-fəkan, mülkün bəha versən, hənuz, ərzan durur.
Maqta — the closing couplet bearing the poet’s pen name. Bu Xətai içdi andan dər əzəl bir cürə mey,Ta əbəd hüşyar olmaz, məsti-cavidan durur.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-bu-surahi-filmesel-bir-dilberi-canan-durur
Use ← → keys to move, R for a random poem
More by this author
Ta kim ol ahu gözün mülki-Xötəndən bac alur,Şol hümayun zülfiniz fəğfuri-çindən tac alur.
Ta kim, zülfin niqabi mahtab üstündədirTa kim, zülfin niqabi mahtab üstündədir,Bir bulud nisbətlidir, kim, afitab üstündədir.
Ta səri-kuyində bu könlüm müqim olmuş dururTa səri-kuyində bu könlüm müqim olmuş durur,Dil məqami baği-cənnati-nəim olmuş durur.
Təala şanəhu əkbər, bu nə hüsni-dilaradırTəala şanəhü əkbər, bu nə hüsni-dilaradır,Cəmalın huridən yeyrək, boyun tubadan əladır!
Poems by other poets · Love
(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*
تا به دل و جان مرا آفت جانان رسیدبس که ز جانان به من رنج دل و جان رسید
BuEy mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,