Bu şahi-pürkərəm, sahibnəzərdir,Vilayətdir, yəqin nuri-bəsərdir.

Quşanə ğazilər seyfü silahi,Münafiq caninə xovfü xətərdir.

Yəzidin ləşgəri yüz min olursa,Vilayət ləşgərindən bir yetərdir.

Münafiq ləşgəri bir ğazi görsə,Qoyun ki, qurd toxur ondan bətərdir.

İşarət qıldığunca bir nəzər şah,Önündə Şümrü Mərvan dərbədərdir.

Nişanı ol günəş tələtli şahın,Başında tacü belində kəmərdir.

Olar kim, cəhli-təndir, sirri-qüdrət,Onu arif bilür, incə xəbərdir.

Cahangir ğazilər meydanə girsə,Xəvariclər əyaqda payisərdir.

Çü rəhmət yağmuri irdi zəminə,Ki hər bir ğazinin yüz namvərdir.

Yezidə zəxmi-seyfü tirü xəncər,Başından getməsin tiğü təbərdir.

Əli bəhri-həqiqətdir, yəqin bil,Həyati-cavidani mötəbərdir.

Vilayət bəhrinə yol bulmayanlar,Gözü əmavü əhməq bixəbərdir.

Nəfəs göhərdir anu bir bilənlər,Sözün bir söyləyənlər, gerçək ərdir.

Qızıl ələm, qızıl bayraq, qızıl tac,Geyinsə ğazilər, ol gün həzərdir.

Maqta — the closing couplet bearing the poet’s pen name. Xətai şah yolunda can fədadır,Çe cayi-mülkü malü simü zərdür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets