Bu surahi bir dilarami-pəri nisbətlidir
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Bu surahi bir dilarami-pəri nisbətlidir,Şəkli bir məhbubi-şuxun peykəri nisbətlidir.
Oturur məclisdə bir zərrin külahi-simtən,Asılır zülfi-müsəlsəl ənbəri nisbətlidir.
Yoxsa, bir şəhzadeyi-zərrin kəmərdir, pürxütut,Ol kəmər üstə əliflər xəncəri nisbətlidir.
Təxti-simin üstə oturmuş Süleyman hökm üçün,Əldə bir zərrin əyağ əngüştəri nisbətlidir.
Hər tərəfdən görünür yüzündə yüzlü surəti,Filməsəl ayineyi-Iskəndəri nisbətlidir.
Sidqilən bel bağlamış, durmuş fütuhi rəzm üçün,Ğazilər yanında anun ləşgəri nisbətlidir.
Hövzi-cənnətdir cəvahirdən tökülmüş rövzədən,Səlsəbil içində abi-kövsəri nisbətlidir.
Yoxsa, doğmuş arədə bir afitabi-şəmi-bəzm,Çeşmi-mərdum anə hər su müştəri nisbətlidir.
Maqta — the closing couplet bearing the poet’s pen name. Bəzl edər bəzmin Xətai abi-kövsərdən müdam,Şahi-mərdanə Əlinin Qənbəri nisbətlidir.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-bu-surahi-bir-dilarami-peri-nisbetlidir
Use ← → keys to move, R for a random poem
More by this author
Ol kimsə kim, bu dünyəvü üqbadə şahdir,Həm ənbiyalər üstə ulu padşahdir.
Ol pəri kim, bu cahanda hüsninin həmtası yoxOl pəri kim, bu cahanda hüsninin həmtası yox,Sərvi-rənanın xuraman qəddinin balası yox.
Ol pəripeykər ki, çeşmimdən nihan olmuş dururOl pəripeykər ki, çeşmimdən nihan olmuş durur,Baqi ömrüm olsun, ol cismimdə can olmuş durur.
Ol pəripeykər mənə yar olmadı, heyf oldu heyfOl pəripeykər mənə yar olmadı, heyf oldu heyf,Aldı könlümü vəfadar olmadı, heyf oldu heyf,
Poems by other poets · Love
Başına döndüyüm xubların şahı,Bir di görüm indi kimə yar oldun,
Bu eşq şair xəyalıymışNə dostdan bir xəbər gəldi,Deyəm əhdə vəfalıymış.
O bilər – mən bilərəmBivəfadırsa əgər yar, o bilər - mən bilərəm,Ya vəfa əhlidi dildar, o bilər - mən bilərəm.
HavalanıbdıLaçın bərəsindən, şikar evindən,Bir tülək tərlanım havalanıbdı.