Ta səri-kuyində bu könlüm müqim olmuş durur,Dil məqami baği-cənnati-nəim olmuş durur.

Dəftəri-hüsnində şol hərfi-xəti-xalın sənin,Sətri "Bismillah ərrəhmanirrəhim" olmuş durur.

Sidqimiz ol vəchdir kim, həqq olur anda zühur,Kim təriqətdə "sirati-müstəqim" olmuş durur.

Şəriniz yolunda biz qılsaq xəta sən qıl kərəm.Min bir adında sənin biri kərim olmuş durur.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Xətai, çəkmə ğəm, gər hicrilə bimarsən,Çün sənə ol xaliqin fəzli-həkim olmuş durur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets