Dün dolandım başına, söylədi pərvanədi bu
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Dün dolandım başına, söylədi pərvanədi bu,Zülfün aldım əlimə, güldü ki, divanədi bu.
Həlqeyi-zülfdə gör xali-siyahın, ey dil,Birisi dami-bəladır, birisi danədi bu.
Arizi-yarıma bax, yoxdu gər əqlində qüsur,Vaiza, vəsfi-behişt eyləmə, əfsanədi bu.
Sanma məscid kimi, bisidqü iradət gəlmə,Ey gözüm, gözlə ədəb, guşeyi-meyxanədi bu.
Bu degil pərdeyi-Üşşaqü Nəhavəndü Hicaz,Qülğülə ərşə salan nəreyi-məstanədi bu.
Uyma zəntəblərə, tut şəhi-Mərdan yolunuƏlə al sağəri-mey, məşrəbi-mərdanədi bu.
Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyida, çək gözə eyvani-tila sürməsini.Can yetib kamına kim, mənzili-cananədi bu.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-dun-dolandim-basina-soyledi-pervanedi-bu
Use ← → keys to move, R for a random poem
More by this author
Ey badi-səba, kuyinə yarın güzər et,Bir qeyr kəs olmasın yanında, nəzər et,
Ey qanə dönən rəşki-ləbindən yaqutEy qanə dönən rəşki-ləbindən yaqut,Öldür məni, ver ləli-ləbindən ya, qut.
Qurbanın olum, ey büti-şirinhərəkatQurbanın olum, ey büti-şirinhərəkat,Hər acı sözündür mənə bir qəndü nəbat,
Ey Xızrxət, ey şahi-rəfiüddərəcatEy Xızrxət, ey şahi-rəfiüddərəcat,Ey zülməti-xətt içrə ləbin abi-həyat.
Poems by other poets · Love
Bəni hər dəmdə nedim öldürür eşq,Qara yerə dirilmə girdürür eşq.
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb tabanƏcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
Neyləyim, ey dil kiNeyləyim, ey dil ki, o dilbər ola canım mənim,Qəlbimin sirrini duya qəlbilə cananım mənim.