Gərçi məndən etdi sərkəşlik o sərvi-sərbülənd,Tapmışam təsxirinə ahi-dilimdən bir kəmənd.

Olmuşam eylə nəhif ol nuşləb eşqində kim,Zəfdən çıxmaz nəfəs, ney tək kəsilsəm bənd-bənd,

Ey dil, ol bidərdə izhar etmə dərdi-eşqi kim,Yüz desin, fəhm eyləməz, bidərdə dərdin dərdmənd.

Atəşin rüxsarın üzrə xali-hindulərmidir,Ya ki, dəfi-zəxmi-çeşmə məcmərə saldın sipənd?!

Giryeyi-biixtiyarım təlx edib ovqatımı,Bir açılmaz, halımı sormaz o ləli-nuşxənd.

Cam tutdum kim, tutub piri-müğanın pəndini,Kim deyir, divanələr tutmaz, könül, aləmdə pənd?

Maqta — the closing couplet bearing the poet’s pen name. Bilmirəm məsciddən, ey Seyyid, nə gördün aqibətKim, çəkib məsciddən əl, meyxanəni etdin pəsənd.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love