Oldu sünbüllər xəcil zülfi-pərişanın görüb
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Oldu sünbüllər xəcil zülfi-pərişanın görüb,Qönçələr qan oldular ləli-dürəfşanın görüb.
Yusifə zindan təmənna oldu mehrindən sənin,Aləmi-zərratdə çahi-zənəxdanın görüb.
Bağban hər gündə bir sərvin qopardır bağdən,Ta kim, ey ruhi-rəvan, sərvi-xuramanın görüb.
Guylər tək əşki-gülgunum olur hər yan rəvan,Əldə çövkan, ərsədə Rəxş üzrə cövlanın görüb.
Qoy ölüm, axır nəfəsdir, gəlmə nəşim üstə, taQeyrlər mərg etməsin xahiş, bu ehsanın görüb.
Zəxminə mərhəm təsəvvür etdi tiri-Rüstəmi,Əşkəbus, ey qaşı yay, sinəmdə peykanın görüb.
Maqta — the closing couplet bearing the poet’s pen name. Qönçə tək yüz pirəhən çak etdi, ey gül, rəşkdənSeyyidi-xunincigər çaki-giribanın görüb.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-oldu-sunbuller-xecil-zulfi-perisanin-gorub
Use ← → keys to move, R for a random poem
More by this author
Bahar oldu, könüllər şad olan mövsümdü, yarım yox,Başımda nəşeyi-mey, əldə cami-xoşgüvarım yox.
Mən tək bahardə hər o şəxsin ki, yarı yoxMən tək bahardə hər o şəxsin ki, yarı yox,Bir bülbüli-fələkzədədir kim, baharı yox.
Eşqdir eyləyən aləmdə bəlalər iycadEşqdir eyləyən aləmdə bəlalər iycad,Eşqdəndir bu qədər aləmi-kovn içrə fəsad.
Ta şanə olub ülfəti-zülfündən olam şadTa şanə olub ülfəti-zülfündən olam şad,Şadəm ki, dönəm xakə, qubarım ola şimşad.
Poems by other poets · Nature and spring
Açılmışdı qrizantım gülləriXəzan olmuş bağçamızda bir səhər.
QəhvəQoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,
Şol lahza ki bizden saru yârun nazarıdurŞol lahza ki bizden saru yârun nazarıdurCâna ne mahal ola ki bir ma-hazarıdur
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.