Ol ahu gözlü, deyirlər, bu gün şikarə gedib,Alıbdı səbrü qərarimi aşikarə, gedib.

Gedib şikarə bu gün ol qəzali-mişkinmu,Aparmayıb itini bilmirəm nə karə gedib.

Gəlir mənə bu qəmin hər dəqiqəsi bir ay,Bu gün o mah ki, bu şəhrdən kənarə gedib.

O şəh fərağı mənə rüx veribdi mat oldum,Vəziri-əql düşüb dərdə, ol səvarə gedib.

Bu gün mənim gözümə afitab tar gəlir,O zülfi qarə günümü edibdi qarə, gedib.

Gedib o qaşı kaman qeyrilə şikarə bu gün,Xədəngi-hicri vurub xatirimə yarə, gedib.

Maqta — the closing couplet bearing the poet’s pen name. Olubdu qaib o mahın behişt rüxsarı,Salıbdı Seyyidini aşikarə narə, gedib.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love